Bakının Binəqədi rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com-un məlumatına görə, hadisə rayonun Sulutəpə qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Nahid Quliyev yaşadığı evdə özünü asaraq ölüb. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.
Hacı Zeynalov