26 Oktyabr 2016 15:50
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

İntensiv yağışlar ölkə ərazsindəki bir neçə çayda daşqına səbəb olub.

Teleqraf.com-un məlumatına görə, Cəlilabadda rayon mərkəzindən keçən Mişarçay çayı üzərindəki sututarda suyun səviyyəsi maksimum həddə çatıb.

Mişarçay çayının məcrasından çıxması səbəbindən bir sıra iaşə obyekti su altında qalıb. Hazırda rayonun müvafiq qurumları selin qarşısını almaq üçün ağır texnikanın köməyi ilə qabaqlayıcı tədbirlər görür.

Azərbaycanın cənub bölgəsində intensiv yağan yağışlar Masallı rayonunda subasmaya səbəb olub.
Rayonun Böyük Təklə kəndində 40-a yaxın yaşayış evinin ərazisi su altında qalıb.

Bəzi ərazilərdə suyun səviyyəsi 0,5 metrdən 1,5 metrə qədərdir. Bu barədə rayon rəsmilərinə və Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinə də məlumat verilib.

Subasmaya səbəb isə Göytəpə və Yazqıraq çaylarının kəndin arxa hissəsindən bir-birinə qovuşaraq daşması olub. Sakinlər eyni səbəbdən dəfələrlə həyətlərinin və əkin sahələrinin su altında qalması və təsərrüfatlarına dəyən ziyanla bağlı narahatlıqlarını ifadə ediblər.

İntensiv yağışlar Goranboy rayonunda da ciddi fəsadlar yaradıb. Qaraçay çayında suyun səviyyəsinin artmasına səbəb olub. Nəticədə çayın sahilinə yaxın yerləşən 10-a yaxın kənd sel sularına məruz qalıb.

Sel suları yaşayış məntəqələrində evlərin zirzəmilərinə dolub. Kənd təsərrüfatına ciddi ziyan dəyib, əkin sahələri sel sularının altında qalıb və yarasız hala düşüb. Rayon mərkəzi ilə Ağcakənd qəsəbəsini birləşdirən yolun bir hissəsi çöküb.


Müəllif:

Oxşar xəbərlər