27 Oktyabr 2016 11:59
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yaşayış binasının 9-cu mərtəbəsindən yıxılan 12 yaşlı qız sağ qalıb.

"Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda Dadaş Bünyadzadə küçəsi, 232 ünvanında baş verib.

Həmin ünvandakı binanın 13 saylı mənzilində yaşayan 2004-cü il təvəllüdlü Lamiyə Namazova eyvandan yerə yıxılıb, azyaşlının ayağı sınıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər qızın vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

Hadisə vaxtı Lamiyə Namazova evdə tək olub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: