Xəzərin Azərbaycan sektorunda zəlzələ olub.
Teleqraf.com Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadla xəbər verir ki, təkanlar yerli vaxtla saat 14:12:54-də Xəzər dənizində qeydə alınıb.
Maqnitudası 4.0, dərinliyi isə 60 km olan zəlzələ hiss olunmayıb.