27 Oktyabr 2016 18:01
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Şəfaqət Kazımova Araz Ağayevin ADU-ya təyinat almasını təkzib edib.

Şəfaqət Kazımova Teleqraf.com-a açıqlmasında universitetdə mətbuat xidməti qurumunu əvəz edən İnforamsiya Departamenti yaradılması barədə xəbərin doğru olmadığını deyib: "Universitetin mətbuat xidmətinin rəhbərliyində heç bir dəyişiklik olmayıb. Mən işimin başındayam. Hər zaman jurnalist həmkarlarımla əməkdaşlıq etməyə hazıram”.

ADU-nun İnformasiya Departamentinə müdiri Araz Ağayev isə Teleqraf.com-açıqlamasında bildirib ki, Universitetdə departament yaradılıb: “Struktur dəyişikliyi olub. İctimaiyyətlə əlaqələr departamenti ləğv edilib. İnformasiya Departamenti yaradılıb. Bizim Departamentin tərkibində şöbə olacaq. Mən İnformasiya Departamentinin müdiri vəzifəsinə təyin olunmuşam. Şəfaqət xanımın şöbəsi bu departamentin tərkibinə daxildir. Məqsəd departamentin fəaliyyətini genişləndirmək və daha da gücləndirməkdir”.

***

Azərbaycan Dillər Universitetinin İnformasiya Departamentinə yeni müdir təyin edilib.

Teleqraf.com xəbər verir ki, ADU-nun İnformasiya Departamentinə müdiri vəzifəsinə “Kaspi” qəzetinin redaktoru Araz Ağayev təyin olunub.

O, bu barədə öz Feysbuk səhfəsində yazıb: “26 oktyabr 2016-cı il tarixli müvafiq əmrə əsasən Azərbaycan Dillər Universitetinin İnformasiya Departamentinin müdiri vəzifəsinə təyin olunmuşam. Sizinlə yenidən əməkdaşlıq etməkdən məmnunluq duyuram.

Əminəm ki, təmsil etdiyim ali təhsil müəssisəsinin fəaliyyətinin ictimaiyyətə çatdırılması istiqamətində əməkdaşlığımız faydalı olacaq. Bu yolda sizin hər birinizdən dəstək gözləyirəm.

Eyni zamanda bildirirəm ki, Azərbaycan Dillər Universitetinin fəaliyyətinə dair bütün suallarınızı hər zaman cavablandırmağa hazırıq”.

Araz Ağayev “Azəriqaz” İstehsalat Birliyinin mətbuat vəzifəsində də çalışıb.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər