İmişli sakinləri son 60 ildə ilk dəfə payızda yağan qarın şahidi olublar.
Teleqraf.com ARB TV-yə istinadla xəbər verir ki, bu gün səhər saatlarında başlayan sulu qar sonradan qara çevrilib.
Hazırda İmişlidə qış havası müşahidə olunur. Əksər illər hətta yanvar ayında belə qar görməyən İmişli sakinləri deyir ki, indi yağan qar kənd təsərrüfatının bəzi sahələri üçün faydalı olsa da, ziyanı da var.
Rayon sakini Ruslan Şahbazov bildirib: "Taxıla xeyiri var, ancaq pambığa ziyandır. Çuğundurun yetişən vaxtıdır. Camaatın məhsul toplamağına problem yaradır".