Daxili İşlər Nazirliyi Sumqayıt şəhərində baş verən yanğınla bağlı açıqlama yayıb.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, hadisə oktyabrın 29-da saat 02 radələrində qeydə alınıb.
Sumqayıt şəhərindəki binalardan birinin birinci mərtəbəsində yerləşən, şəhər sakini Tehran Əsgərova məxsus kafedə yanğın baş verib.
Nəticədə kafenin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, həmin binanın 2-ci mərtəbəsində yaşayanlar Töhrə Məmmədova, nəvələri Məryəm və Mədinə tüstüdən zəhərlənmə ilə xəstəxanaya gətirilib, onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
***
Sumqayıt şəhərində güclü yanğın olub.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, vətəndaşa məxsus, ümumi sahəsi 150 kvadrat metr olan kafenin mətbəxinin yanar konstruksiyaları 50 kvadrat metr sahədə yanıb.
Yüksək temperaturdan bitişik tikilmiş sahəsi 200 kvadrat metr olan kafenin tavanı 25 kvadrat metrsahədə əriyib.
Yanğın zamanı yaşayış binasından 12 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub, 3 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım xidmətinə təhvil verilib. Hər iki kafenin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hacı Zeynalov