29 Oktyabr 2016 18:18
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatının dördüncü günü Azərbaycan karateçisi Rafael Ağayev (75 kq) növbəti dəfə dünya çempionu olub.

Teleqraf.com-un məlumatına görə, Macarıstan, Hollandiya, Özbəkistan və Ermənistandan olan rəqiblərini məğlub edən Rafael Ağayev yarımfinalda iranlı idmançıya qalib gəlib.

Bunadək dördqat dünya və 13 dəfə Avropa çempionu olan idmançımız final görüşündə Misir idmançısı Əbdül Rəhman Ömər ilə qarşılaşıb.

Rəqibindən aşkar üstün olan Rafael Ağayev beşqat dünya çempionu adını qazanıb.


Müəllif:

Oxşar xəbərlər