Oktyabrın 28-də Nərimanov rayonu ərazisində kirayə qaldıqları mənzilin hamamında dəm qazından zəhərlənərək həyatını itirən Salyan rayon sakinləri – 1999-cu ildə anadan olmuş Zeynalova Xanım Kamal qızı və 2003-cü ildə anadan olmuş Allahverdiyeva Aytən Elman qızı Müsavat Partiyasının Məclis üzvü, partiyanın sonuncu parlament seçkilərində 59 saylı Salyan seçki dairəsi üzrə namizədi Valeh Əliyevin (Valeh Hümmətoğlu) əmisinin nəvələridir.
Teleqraf.com-un məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Paylaşımlarda Müsavatın Məclis üzvünə doğmalarının vaxtsız və faciəvi vəfatı ilə bağlı başsağlığı verilib.
Qeyd edək ki, Valeh Hümmətoğlu 2 il öncə 2 yaşlı nəvəsi Valehi itirmişdi. Qrip əlamətləri olan uşaq ona vurulan iynədən şok keçirib dünyasını dəyişmişdi.
Həmin günlərdə Valeh Hümmətoğlu sosial şəbəkədə nəvə itkisinin onda yaratdığı ağrı-acılarla bağlı çoxsaylı paylaşımlar edirdi.
Allah rəhmət eləsin!
Səxavət