1 Noyabr 2016 10:18
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeronda yaşayış evində baş verən partlayışda xəsarət almış “Azəravtoyol” ASC-nin aparat rəhbəri Müşfiq Qurbanovun həyat yoldaşı Şəbruz Novruzova Türkiyədə müalicə aldığı xəstəxanada ölüb.

Bu barədə APA-ya mərhumun yaxınları məlumat verib.

Bu gün Şəbruz Novruzovanın nəşinin Azərbaycana gətirilməsi gözlənilir.

Hadisə oktyabrın 20-də Hökməli qəsəbəsində qeydə alınıb. Partlayış nəticəsində Müşfiq Qurbanovun 3 yaşlı qızı Banıçiçək Qurbanlı ölüb, onun özü, həyat yoldaşı, 44 yaşlı Şəbruz Novruzova və digər qızı, 12 yaşlı Leyla Qurbanlı xəsarət alıblar.

Respublika Yanıq Mərkəzinə yerləşdirilən şəxslərdən 44 yaşlı Müşfiq Qurbanovla Şəbruz Novruzovanın vəziyyəti ağır olduğundan onlar ailə üzvlərinin sifariş etdiyi helikopterlə Türkiyəyə aparılıblar. Bir neçə gün əvvəl Müşfuiq Qurbanov, dünən gecə isə Şəbruz Novruzova ölüb.

Bədəninin 40 faizi yanan Leyla Qurbanlının müalicəsi davam edir.


Müəllif:

Oxşar xəbərlər