2015-ci ildə 5 yaşadək 2595 uşaq ölüb.
Bu barədə Teleqraf.com-a Dövlət Statistika komitəsindən məlumat verilib.
Məlumata görə, 5 yaşadək ölən uşaqlardan 1416-ı oğlan, 979-u isə qızdır.
Son beş ildə 5 yaşadək uşaq ölümlərinin statatistikası belədir:
2010-ci ildə 2307 nəfər 5 yaşadək ən uşaq ölüb. Onlardan 1271oğlan, 1036 qızdır.
2011-ci ildə 2307 nəfər 5 yaşadək uşaq ölüb. Onlardan 1290-ı oğlan, 1017-si qızdır.
2012-ci ildə 2247 nəfər 5 yaşadək uşaq ölüb. Onlardan 1177-si oğlan, 1070 qızdır.
2013-ci ildə 2234 nəfər 5 yaşadək uşaq ölüb. Onlardan 1247-si oğlan, 987-si qızdır.
2014-ci ildə 2097 nəfər 5 yaşadək uşaq ölüb. Onlardan 1232-si oğlan, 865-ı qızdır.
Ötən əsrin 70-ci illərindən üzübəri 5 yaşadək uşaq ölümü ən çox 1979-cu ildə olub. Həmin il 10570 uşaq ölüb. Onlardan 5636 oğlan, 4934 qız olub.
Komitədən bildirilib ki, 5 yaşadək ölən uşaqlar arasında oğlan uşaqlarının ölüm halları qız uşaqlarına nisbətən daha yüksəkdir.
İlhamə ƏBÜLFƏT