Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) dünya ölkələrində rəqəmli TV yayımının tətbiqi haqqında məlumat yayıb.
MTRŞ-dən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycanda rəqəmli TV yayımının tətbiqinə 2004-cü ildən başlanıb. Bakı şəhəri və Abşeron yarımadası ərazisində "Elettronika" tipli İtalya istehsalı olan TV vericisi ilə sınaq verilişləri həyata keçirilib. Şuranın Texniki şöbəsinin iştirakı ilə sınaq-ölçmə və subyektiv qiymətləndirmə işləri yerinə yetirilib.
Bu yayımın parametrləri aşağıdakı cədvəldəki kimi olub:
Radiovericinin orta gücü, Vt |
Modulyasiya üsulu |
Modulyasiya rejimi |
Mənbənin kodlanması üsulu |
300 |
16-QAM |
8k |
MPEG-2 |
Daha sonra, 2010-cu ildə dörd rəqəmli TV vericisi istismara verilib. Hazırda işlədilən TV yayım vericilərinin gücü artırılıb və parametrləri müasirləşdirilib. Bu parametrlər aşağıdakı cədvəldə verilir:
Radciovericinin orta güjü, Vt |
Modulyasiya üsulu |
Modulyasiya recimi |
Mənbənin kodlanması üsulu |
1200…2400 |
64-QAM |
8k, 16k, 32 k |
MPEG-4 |
Azərbaycan Respublikası əhalisinin 99%-i rəqəmli TV yayımı ilə əhatə olunub. Bu məqsədlə hazırda 103 TV yayım vericisi quraşdırılıb (onlardan 97 ədədi yayım üçün, qalan 4 ədədi isə yayıma şərait yaratmaq üçün istifadə olunur). Daha 45 azgüclü TV vericisi sifariş edilib.
Avropa İttifaqı rəqəmli TV yayımının tətbiqi prosesinə 2005-ci ildən başlayıb. Bu birliyə daxil olan ölkələr DVB-T sistemindən istifadə etmək üçün razılığa gəliblər. Rəqəmli TV yayımının tətbiqi cədvəldə verilmiş xronologiya üzrə yerinə yetirilib.
№ |
Ölkənin adı |
Rəqəmli TV yayımının başlanma tarixi |
Analoq TV yayımının dayandırıldığı tarix |
Qeyd |
Avropa ölkələri |
||||
1 |
Niderland |
11 dekabr 2006-cı il |
||
2 |
İsveç |
1999-cu il |
2008-ci ilin əvvəli |
|
3 |
Almaniya |
25 noyabr 2008-ci il |
Xarici ölkələrdəki hərbi birləşmələrində və regional kanallarda analoq TV yayımı qalır. |
|
4 |
Danimarka |
1 mart 2003-cü il |
1 noyabr 2009-cı il |
|
5 |
Norveç |
1 sentyabr 2007-ci il |
1 dekabr 2009-cu il |
|
6 |
Fransa |
31 mart 2005-ci il |
29 noyabr 2011-ci il |
Bu tarixdə Fransada bütün tip (kabel, peyk və yerüstü) TV yayımları üzrə analoq formalı yayım dayandırılıb. |
7 |
Portuqaliya |
29 aprel 2009-cu il |
26 aprel 2012-ci il |
|
8 |
Böyük Britaniya |
1998-ci il |
24 oktyabr 2012-ci il |
Xarici ölkələrdəki hərbi birləşmələrində və regional kanallarda analoq TV yayımı qalır. |
9 |
Avropa İttifaqının digər ölkələri |
2012-ci ilin sonu |
||
10 |
Türkiyə |
2006-cı il |
2015-ci il |
2015-ci ildə planlaşdırılsa da, analoq yayımı bu günə qədər davam edir. |
Amerika ölkələri |
||||
11 |
ABŞ |
1998-ci il |
12 iyun 2009-cu il |
|
12 |
Kanada |
1 mart 2003-cü il |
31 avqust 2011-ci il |
|
13 |
Meksika |
2 iyul 2004-cü il |
31 dekabr 2016-cı il |
|
MDB ölkələri |
||||
14 |
Gürcüstan |
01 iyul 2015-ci il |
Əslində 2016-cı ildə dayandırılıbr. |
|
15 |
Ermənistan |
10 iyul 2015-ci il |
||
16 |
Ukrayna |
31 dekabr 2016-cı il |
Nəzərdə tutulur |
|
17 |
Rusiya Federasiyası |
2017-ci il |
Bu müddətdən tez ola bilməz. Əhalinin 95%-nin rəqəmli TV yayımını izləmək imkanı ilə məhdudlaşdırılıb. |
|
Asiya ölkələri |
||||
18 |
Tailand |
1 aprel 2014-cü il |
31 dekabr 2019-cu il |
|
19 |
İran İslam Respublikası |
2009-cu il |
31 dekabr 2020-ci il |
2011-ci ildən əhalinin 40%-i rəqəmli TV yayımını izləyə bilir. |
20 |
Vyetnam |
1997-ci il |
dekabr 2020-ci il |
Rəqəmli TV yayımının əsas aşağıdakı üstünlükləri var:
- Veriliş traktında və TV siqnallarının yazılışı zamanı maneə dayanıqlığının yüksək olması;
- TV vericisinin gücünün azaldılması imkanı;
- Eyni bir tezlik zolağında veriləcək TV proqramlarının sayının kəskin artması;
- Təsvirin və səsin canlandırılma keyfiyyətinin artması;
- Yeni açılış standartı (yüksək aydınlıqlı televiziya) üzrə TV sisteminin yaradılması;
- Studiya aparatlarının funksional imkanlarının genişləndirilməsi;
- TV yayım siqnalının tərkibində müxtəlif əlavə məlumatların verilməsi imkanı;
- İnteraktiv TV yayım sisteminin yaradılması. Bu zaman tamaşaçı veriləcək TV proqramlarına müdaxilə etmək imkanı qazanır;
- Verilişlərin arxivləşdirilməsi və yazılması imkanı;
- Verilişin dilinin və subtitrlərin seçilməsi imkanı.