2 Noyabr 2016 14:50
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda qida zəhərlənməsi baş verib.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya deyib ki, 1972-ci il təvəllüdlü Könül Məmmədova, onun 5 yaşlı oğlu Sübhan və 1994-cü il təvəllüdlü Pərviz Məmmədov Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İlkin müayinələrə əsasən zəhərlənməyə ev şəraitində hazırlanan pomidor turşusunun səbəb olduğu məlum olub. Onun sözlərinə görə, turşudan nümunələr bu gün mərkəzə gətirilib, lazımi müayinələr aparılacaq. Xəstələrdən də nümunələr götürülüb və yekun nəticələr bir neçə gün ərzində məlum olacaq.


Müəllif:

Oxşar xəbərlər