4 Noyabr 2016 17:11
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb Universitetinin yaranmasından 25 il ötür.

Teleqraf.com xəbər verir ki, universitet bununla bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Qərb Universiteti Azərbaycanın ilk qeyri-dövlət ali təhsil məktəblərindən biridir. Azərbaycanın müstəqilliyi ilə yaşıd olan universitet yarandığı vaxtdan beynəlxalq nüfuza malikdir.

1992-ci ildən YUNESKO nəzdindəki Beynəlxalq Universitetlər Assosiasiyasının, 1996-ci ildən İdarəçiliyin İnkişafı üzrə Avropa Fondunun, 1999-cu ildən Qara Dəniz Ölkələri Universitetlər Şəbəkəsinin, 2001-ci ildən Beynəlxalq İnzibati Elmlər İnstitutunun və BMT-nin müxtəlif proqramlarının üzvüdür.

Fəaliyyət göstərdiyi müddət ərzində universitet Azərbaycanda iqitsadi keçid və ondan sonrakı dövrdə ölkənin maraqlarını təmin edə biləcək yüksək səviyyəli mütəxəssislər hazırlayıb.

1998-ci ildən Qərb Universitetində “KARYERA İNKİŞAF MƏRKƏZİ” fəaliyyət göstərir.

Qərb Universitetinin “KARYERA İNKİŞAF MƏRKƏZİ”nin hesabatına görə, 2011-2015-ci illərdə Qərb Universiteti məzunlarının 49 faizi universiteti bitirdikdən sonra işə düzəlib. 4 faizi hərbi xidmətdədir, 19 faizi magistratura təhsili alır, 9 faizi xaricdə, Avropa və ABŞ-ın tanınmış tədris mərkəzlərində oxuyur, 3 faizi xaricdə təhsil almaq üçün xarici universitetlərdən cavab gözləyir. Ümumiyyətlə, 84 faizlik nəticə əldə olunub.

Digərlərinin böyük əksəriyyəti isə özəl sektorda mövqe tutur, ailə biznesini idarə edir.

Hesabatda qeyd olunub ki, məzunların 37 faizi dövlət, 47 faizi özəl, 16 faizi isə beynəlxalq müəssisələrdə çalışır. Dövlət təşkilatları sırasında Xarici İşlər, İqtisadiyyat, Təhsil, Səhiyyə, Nəqliyyat, Fövqəladə Hallar, Daxili İşlər, Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri, Dövlət Neft Şirkəti, Səfirliklər, Dövlət Agentlikləri, özəl təşkilatlar sırasında isə AZAL, banklar, mobil operatorlar və sığorta şirkətləri üstünlük təşkil edir.

100-dən çox yüksək səviyyəli müəllimin çalışdığı Qərb Universitetinin 5 fakültəsində 36 ixtisas üzrə əyani və qiyabi bakalavr, magistr, doktorantura, dissertantura və əlavə ali təhsil verilir.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər