Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında elektrik enerjisinin verilməsində problem yaranıb.
Trend-in məlumatına görə, hadisə bu gün səhər saat 9 radələrində baş verib.
Stansiyaya verilən elektrik enerjisində problem yarandığından turniketlər və kart yükləmə aparatları işləməyib.
Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev faktı təsdiqləyib. O bildirib ki, baş verən problem qısa müddətdə aradan qaldırılıb.