8 Noyabr 2016 23:13
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Tahir Mirkişili Azərbaycanda yaradılacaq Bakı Mühəndislik Universitetinin perspektivləri barədə danışıb.

Teleqraf.com-un məlumatına görə, millət vəkilinin fikrincə, Azərbaycan iqtisadiyyatının əsas hərəkətverici qüvvəsinə çevrilən qeyri-neft sektoruna ən çox mühəndislər tələb olunur: "Özünə ixtisas seçən gələcək tələbələrə mühəndis olmağı tövsiyə edirəm. Yaxın 20 ildə müasir dünyada ən çox tələb olunan 10 peşədən biri mühəndislik olacaq. Mühəndislərin əsas məşğul olduğu sahələr maşınqayırma, informasiya texnologiyaları və sistemləri, elektrik-elektronika, dağ-mədən və metal emalı, tikinti, neft-kimya, robot texnologiyası, nanotexnologiya, müdafiyə sənayesi və mühəndis iqtisadiyyatından ibarətdir".

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Bakı Mühəndislik Universitetinin yaradılması haqqında sərəncam imzalayıb.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər