9 Noyabr 2016 14:58
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Avtomobil Federasiyası (AAF) Dövlət Bayrağı Günü münasibəti ilə bu gün Bakıda klassik avtomobillərin paradını keçirib.

Teleqraf.com xəbər verir ki, paradda 1980-ci ilədək istehsal olunan klassik avtomobillər iştirak edib. Klassik avtomobillər saat 11:00-da Heydər Əliyev Mərkəzinin qarşısından yürüşə başlayıb. Avtomobillər Bakı şəhərində dövrə vuraraq yürüşü Dövlət Bayraq Meydanında başa vurub.

Paradda 1949-1980-ci il istehsalı olan 70-dən çox avtomobil iştirak edib.


Müəllif:

Oxşar xəbərlər