Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova dünyasını dəyişib.
T.Şərifovanın yaxınlarının Publika.az-a verdiyi məlumata görə, o, uzun müddət davam edən xəstəlikdən sonra dünən dünyasını dəyişib: "Təranə Şərifova uzun müddət böyrək xəstəliyindən əziyyət çəkib və dializ qəbul edirdi. Ürəyində də problemlər olub. Dəfələrlə xaricdə müayinə olsa da, böyrəyinin fəaliyyətini bərpa etmək mümkün olmayıb. Son günlər vəziyyəti daha da ağırlaşıb".
Qeyd edək ki, T.Şərifovanın noyabrın 6-da 56 yaşı tamam olub.