10 Noyabr 2016 17:37
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan qloballaşan dünyada” adlı tədbir keçirilmişdir.

Tələbələrin təşəbbüsü ilə fəaliyyətə başlayan “Politoloqlar Klubu”nun ilk qonağı olan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi Natiq Əliyev və Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov müxtəlif mövzularda gənclərlə fikir mübadiləsi aparıblar.

N. Əliyev öz çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət konsepsiyamız bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və zənginləşdirilir. Azərbaycanın daxili və xarici siyasətindən, qonşu ölkələrlə münasibətindən, ölkəmizin beynəlxalq arenada mövqeyindən danışan R. Musabəyov hazırda dünya geosiyasi məkanında dövlətimizin əhəmiyyətli rol oynadığını vurğulamışdır.

Tədbirin gedişində qonaqlar tələbələrin suallarını cavablandırıblar. Yeni yaranan kluba və tələbələrə uğurlar arzu edən qonaqlar onlarla görüşdən məmnunluq duyduqlarını bildiriblər. Tədbir iştirakçıları sonda xatirə şəkli çəkdiriblər.


Müəllif:

Oxşar xəbərlər