11 Noyabr 2016 22:39
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, həyatlarını təhlükəyə atıb, hələ də keçiddən yox, yoldan keçən piyadalar var. Yol polisi yeraltı və yerüstü keçidlərin olduğu ərazilərdə piyadalara qarşı reyd keçirərək, onları cərimələyir. Elə bunun nəticəsidir ki, bu ilin əvvəlindən bu günə qədər 120 mindən çox piyada cərimə olunub.

Gənclər, həyatlarını təhlükəyə ataraq, sürətlə şütüyən avtomobillərin arasından keçməyə cəhd edirlər.

Görüntülər paytaxtın Yasamal rayonu Hüseyn Cavid prospektində piyadalara qarşı keçirilən reyddəndir.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ərazidə yeraltı keçid olsa da, piyadalar yoldan keçməyə üstünlük verirlər. Elə bu ana-bala kimi...

Qadın qayda pozamasına belə bəhanə gətirsə də yanındakı övladı onun yalanını ifşa etdi.

Polis dəfələrlə yoldan keçmək istəyənlərə keçiddən keçməli olduqlarını işarə etsə də, bəzi piyadalar buna məhəl qoymayiblar. Onlar qadağalara baxmayaraq, avtomobil yolundan keçməyə cəhd edirlər.

Teleqraf.com xezerxeber.com-a istinadən bildirir ki, reyd zamanı hətta yolu keçib polisə tabe olmayaraq, qaçmaq istəyənlər də oldu. Polis piyadaya dayan əmri versə də həmin şəxs qaçaraq aradan çıxıb.

Bakı şəhər Dövlət Yol Polis idarəsinin əməkdaşı Elnur İsgəndərovun sözlərinə görə, qayda pozan piyadalar haqqında protokol tərtib edilərək, 20 manat cərimələnib.


Müəllif:

Oxşar xəbərlər