14 Noyabr 2016 12:49
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha hava proqnozunu açıqlayıb.

Departamentdən Teleqraf.com-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacağı gözlənilir.

Paytaxt və yarımadada səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşama doğru isə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 12-15 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 15-dən 17-si gündüzədək Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin axşama doğru arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.


Müəllif: