Son günlər bir sıra kütləvi informasiya vasitələrində bəzi qida məhsullarının Ermənistandan Azərbaycana gətirilməsi və pərakəndə satışının həyata keçirilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
DGK-nin mətbuat xidməti açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında heç bir ticarət əlaqəsi yoxdur və həmin ölkədən hər hansı məhsulun ölkəmizin gömrük sərhədindən keçirilməsi mümkün deyil.
İlhamə ƏBÜLFƏT