14 Noyabr 2016 14:48
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Adil Əliyev tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızının 2 il öncə ATV-də yayımlanmış “Səni axtarıram” verilişi ətrafında yaranan qalmaqala münasibətini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Adil Əliyevin fikrincə, dünyanın hər bir yerində bu kimi hallar baş verir: “Mən deyərdim ki, yayımlanan məlum video ilə bağlı lazımsız hay-küy yalnız ucuz şou axtarmağa xidmət edir. Hesab edirəm ki, həmin verilişin cəmiyyət üçün müsbət tərəflərini qabartmaq və gündəmə gətirmək lazımdır. Gördüyünüz kimi, məlum videodakı insanın yerişində və hərəkətində problemlər var. Həmin verilişdə illərlə ayrı düşən insan taleləri birləşdi. Valideynlər uzun illər üzünü görmədikləri övladlarına qovuşdular. Eynilə, bacı qardaşını tapdı”.

Deputat qeyd edib ki, kadrarxası məqamların əks olunduğu videonun başqalarının əlinə keçməsi narahatlıq yaradır: “Narahatlıq doğuran məqam isə odur ki, daxildəki videogörüntülər necə yad insanların əlinə düşüb? Bunu müzakirə etməyə dəyər”.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər