17 Noyabr 2016 14:12
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təhsilin keyfiyyətin yüksəldilməsi üçün ilk olaraq təhsil proqramları modernləşdirilməli, ardınca müəllimlərin hazırlıq səviyyəsi həmin proqramlara uyğunlaşdırılmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu "Təlimin keyfiyyətinin yüksəldilməsi" mövzusunda keçirilən beynəlxalq konfrans zamanı jurnalistlərə təhsil üzrə amerikalı ekspert Bill Martin deyib.

Ekspertin sözlərinə görə, bir ölkədə təhsilin inkişaf etdirilməsi üçün onilliklər lazımdır: “Hesab edirəm ki, zamanla Azərbaycanın təhsili də Avropaya inteqrasiya prosesini uğurla başa çatdıracaq. Azərbaycan çox gənc və demokratik respublikadır. Zamanla təhsildə yüksəliş baş verəcək”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər