Bakının Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən məlumatda verilib.
Məlumatda deyilir: "Bakı şəhəri, Binəqədi rayonunda İqtisadiyyat Universitetinə məxsus yataqxananın 2-ci mərtəbəsində ümumi sahəsi 28 kvadrat metr olan 1 otağın eyvanının yanar konstruksiyaları 6 kvadrat metr sahədə yanıb, otaqdakı televizor əriyib. Otağın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 09:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb".