Dövlət Dəniz Administrasiyasına yeni mətbuat katibi təyinatı olub.
Teleqraf.com-un məlumatına görə, bu vəzifəyə Tural Museyibov təyin olunub. T.Museyibov bildirib ki, yeni işində media nümayəndələri ilə sıx əlaqədə işləməyə davam edəcək.
Qeyd edək ki, T.Museyibov bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətində və Muğan Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışıb.
Daha əvvəllər isə uzun müddət “Space” televiziyasında xəbər aparıcısı kimi fəaliyyət göstərib.