21 Noyabr 2016 16:07
410
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təbliği məqsədilə Brüsselin məşhur “Palais des Beaux Arts” sarayında keçirilməsi nəzərdə tutulan konsert proqramının da ləğv edilməsi təmin olunub”.

Teleqraf.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Qeyd edək ki, qondarma rejimin təbliği məqsədilə noyabrın 16-19-da Brüsseldə keçirilməsi nəzərdə tutulan təxribatçı tədbirlərin qarşısının alınması üçün Azərbaycanın Belçika Krallığındakı səfirliyi tərəfindən zəruri önləyici tədbirlər həyata keçirilib. Belçikada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları da bu işdə yaxından iştirak edib. Səfirlik tərəfindən Belçikanın ərazisindən sui-istifadə edilərək Brüsselin qeyri-qanuni rejimin təbliği məqsədilə məntəqə kimi seçilməsi cəhdlərinə münasibətdə Azərbaycanın narazılığı və narahatlığı Belçikanın Xarici İşlər Nazirliyi, federal və regional qanunverici orqanları və digər müvafiq təsisatlarına çatdırılıb. Bu tədbirlər məqsədilə Brüsselə səfər etməyi planlaşdıran qondarma rejimin “rəhbəri” kimi özünü təqdim edən Bako Saakyanın səfərinin də ləğv edilməsinə nail olunub.

H.Hacıyev bildirib ki, indi Ermənistanın dövlət təbliğat maşını müxtəlif yalan və bəhanələrlə bu uğursuzluğa bəraət qazandırmağa çalışır: “Qondarma rejimin Brüsseldə təbliği ilə əlaqədar nəzərdə tutulan təxribatçı tədbirlərin qarşısının alınmasında Azərbaycan Milli Məclisinin rolu xüsusi olaraq qeyd edilməlidir. Milli Məclis tərəfindən bu istiqamətdə zəruri önləyici addımlar atılıb, Belçikanın qanunverici orqanı, Avropa Parlamenti və digər aidiyyəti tərəflərlə davamlı iş aparılıb”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər