22 Noyabr 2016 16:27
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nə? Harada? Nə vaxt? intellektual klubunun üzvləri Rövşən Əsgərovla Andrey Kozlov arasında “Büllur atom” mükafatının qalibi olan komandanın oyunu zamanı qalmaqal yaşanıb.

Teleqraf.com-un lenta.ru-ya istinadən verdiyi xəbərə görə, Rövşən Əsgərov bildirib ki, Kozlov masa arxasında əyləşən oyunçulara sualın cavabını gizlicə deyib, cavab masa ətrafındakı iştirakçılar tərəfindən müzakirə edilmədən verilib. Onun fikrincə, bu məqam aparıcının da diqqətindən yayınıb.

Rövşən Əsgərovun dediyi məqam aşağıdakı videonun 26-cı dəqiqəsində öz əksini tapıb.
Rövşən Əsgərova cavabında Andrey Kolov canlı yayımda onu təhqir edib. O, Əsgərovu qısqanclıqda suçlayıb: “Mən susmayacağam, Rövşən, sən əclafsan. Rövşən sadəcə qısqanır ki, uşaqlar oynayır, o isə yox. Rövşən, mən səninlə daha danışmayacağam”.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər