27 Noyabr 2016 18:25
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyeva noyabrın 27-də Bakıdakı ümumtəhsil məktəblərinin direktorları ilə görüşüb.


Teleqraf.com-un AzərTAC-a istinadən verdiyi məlumata görə, təhsil nazirinin müavini Ceyhun Bayramov görüşdə Azərbaycanla Rusiya arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrindən, ölkəmizin təhsil müəssisələrində rus dilinin tədrisindən danışıb.

Azərbaycanda rus dilinin tədrisi ilə yaxından tanış olan O.Vasilyeva Rusiya təhsil sistemi haqqında tədbir iştirakçılarına məlumat verib. Sonra Azərbaycan-Rusiya təhsil əlaqələrinin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Bakının Səbail rayonundakı 6 nömrəli məktəbdə təşkil olunan tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin iştirak edib.


Müəllif:

Oxşar xəbərlər