27 Noyabr 2016 23:32
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Azərbaycan Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi İsrail Dövlətində yanğınların söndürülməsi əməliyyatlarında iştirakını davam etdirir.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, təyyarə 27 noyabr 2016-cı il tarixində əməliyyat planına uyğun olaraq İsrailin Hayfa şəhəri yaxınlığında 150 km radiusda hava məkanında növbə çəkmişdir.

Qeyd edək ki, bu gün İsrail Dövlətinin Prezidenti cənab Reuven Rivlin İsraildə yanğınların söndürülməsində iştirak edən beynəlxalq qrupun üzvləri, o cümlədən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə görüşmüş, göstərdikləri şücaətə görə onlara öz təşəkkürünü bildirib.


Müəllif:

Oxşar xəbərlər