30 Noyabr 2016 14:21
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ölkəyə müvəqqəti və ya istirahətə gələnlərin İİV-ə görə yoxlanması qanunvericilikdə nəzərdə tutulmadığına görə onlardan müayinə olunmağı tələb edə bilmirik”.

Bunu Teleqraf.com-a açıqlamasında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, Azərbaycana təhsil almağa gələn xaricilər İİV-ə görə müayinə olunur: “QİÇS-in miqrantlar arasında yayılma faizi ilə bağlı tədqiqat aparmamışıq. Qanuna hər hansı dəyişiklik edib əcnəbilərin müayinə edilməsinə ehtiyac yoxdur”.

Şöbə müdiri qeyd edib ki, İİV-i xaricilər yox, əsasən öz vətəndaşlarımız ölkədən kənara gedib-gələndən sonra yayırlar.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər