Soso Pavliaşvilinin konserti bir saatdan da artıq gecikmə ilə başladı. Bu barədə virtualaz.org-a hadisə yerində olan oxucular xəbər verib.
Müğənninin səhnəyə çıxmasına az qalmış bir qrup şəxs dava salıb və “Qarabağ! Qarabağ!” şüarları səsləndirib.
Sarayın təhlükəsizlik xidməti onları konsert zalından çıxarıb.
Qeyd etmək yerinə düşər ki, konsert zalında misli görünməmiş təhlükəsizlik tədbirləri görülüb. Polis konsertə gələnləri bir-bir diqqətlə yoxlayır.
21:09
Soso Pavliaşvilinin bu gün konsertinin keçiriləcəyi Heydər Əliyev sarayının önündə xeyli adamın toplaşdığı müşahidə edilir. Bunu virtualaz.org-a hadisə yerində olan oxucular xəbər verib.
Təşkilatçılar konserti yarım saat təxirə salıb, gəlməkdə davam edən insanlar sarayın ərazisinə buraxılmır.
Konsertin gecikməsinin səbəbi açıqlanmır.
* * *
Qeyd edək ki, Soso Pavliaşvilinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədiklərinə görə düşdüyü Azərbaycan XİN-in “qara siyahı”sından çıxarılması və onun Bakıda konsertinin təşkili Bakıda xeyli söz-söhbətə səbəb olmuşdu. Azərbaycan ictimçaiyyətinin daha populist hissəsi müğənninin işğal olunmuşç torpaqlara səfər etdiyinə görə üzr istəməsini tələb edirdi. Lakin müğənni üzr istəmədi.
Sosial şəbəkələrdə Soso Pavliaşvilinin konsertinin boykot edilməsi üçün böyük kampaniya başlamışdı.