4 İyul 2014 14:27
854

Güclü küləkdən sonra zədələnən dövlət bayraq yenisi ilə əvəz edilib.

Bu barədə informasiyanı Axar.az-a Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin mətbuat xidmətinin rəhbəri hüsey Azəri bildirdi. Onun sözlərinə görə, Dövlət bayraq Meydanında ehtiyatda daim dövlət bayraqları olur:


"İyunun 21-i gecə saatlarından başlayaraq paytaxtda başlayan güclü külək nəticəsində zədələnən üçrəngli Azərbaycan bayrağı bir neçə gün öncə, güclü küləklər səngidikdən sonra yenilənib. Məlumat üçün deyim ki, havadan asılı olaraq bayraqları dəyişirik. Yəni təkcə küləkli havada deyil, günəşli havada da bayrağın rənginin solmasını nəzərə alaraq, yenisi ilə əvəzlənir".


Xatırladaq ki, iyunun 21 axşamdan başlayan güclü küləyin əsməsi növbəti dəfə Dövlət Bayrağı Meydanında 162 metr hündürlükdə dalğalanan üçrəngli Azərbaycan bayrağını zədələmişdi.

Qeyd edək ki, Meydandakı bayrağın çəkisi 350 kiloqramdır. Bayraq dirəyinin hündürlüyü 162, bünövrəsinin diametri 3,2, üst hissəsinin diametri isə 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. “Ginnes”in dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.


Müəllif:
Загрузка...