6 İyul 2014 15:26
1 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti Təhsil Nazirliyinin Masallı Dövlət Regional Kollecinin yaradılması barədə qərar verib.


Bununla əlaqədar “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Orta ixtisas təhsili müəssisələri” bölməsinə Masallı Dövlət Regional Kollecinin adı əlavə edilib.


Qərara əsasən, Təhsil Nazirliyi Maliyyə Nazirliyi və Masallı Rayon İcra Hakimiyyəti ilə birlikdə Masallı Dövlət Regional Kollecinin maliyyələşdirilməsi və fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir./apa/


Müəllif: