Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin nizamnamə və strukturunda dəyişikliklərin aparılması və təkmilləşdirilməsi istiqamətində addımlar atılır.
Teleqraf.com-un xəbərinə görə, bu məqsədlə xarici ölkələrin müvafiq qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə başlanılıb.
Əldə olunmuş razılaşmaya əsasən, Mərkəzin əməkdaşları Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin Əmək və Sosial Müdafiə üzrə Tədris və Araşdırma Mərkəzinin (ÇASGEM) strukturu, fəaliyyəti, funksiya və vəzifələri ilə yaxından tanışlıq və təcrübə mübadiləsi məqsədilə Ankara şəhərində rəsmi səfərdə olublar.
Səfər çərçivəsində ÇASGEM ilə birgə sosial müdafiə sahəsində araşdırma və təhlillərin aparılması, nəticəsinin siyasətə yönəldilməsi və yekun olaraq siyasi təkliflərin hazırlanaraq nazirliklərə təqdim olunması, hər iki mərkəzin əməkdaşlarının ixtisaslarının artırılması istiqamətində beynəlxalq təşkilatlarla layihələrin həyata keçirilməsi barədə qarşılıqlı razılaşma əldə edilib.
Nümayəndə heyəti habelə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin nəzdində Əməyin Mühafizəsi və Təhlükəsizliyi Baş İdarəsində və Əməyin Mühafizəsi və Təhlükəsizliyi İnstitutunda da müəssisələrdə iş sağlığı və təhlükəsizliyi üzrə attestasiyanı həyata keçirən laboratoriyaların işləri ilə tanış olublar.
Naibə