2 Yanvar 2017 16:27
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda gecə klubuna hücum zamanı öldürülən Nuranə Həsənovanın cənazəsi Azərbaycana göndəriləcək.

Bu barədə APA-ya Rusiyanın İstanbuldakı Baş konsulluğundan bildirilib.

Qeyd edək ki, əslən azərbaycanlı olan N. Həsənova Rusiya vətəndaşıdır.

Konsulluğun əməkdaşı Sergey Romanov cənazənin Bakıya göndərilməsi üçün lazımi sənədlərin hazırlandığını bildirib: “Xarici vətəndaşların dəfn mərasimi xidmətləri ilə məşğul olan şirkət müvafiq sənədləri hazırlayacaq. Yerdə qalan sənədlər konsulluqda hazırlanacaq”.

S.Romanov qeyd edib ki, sənədlər hazır olan kimi cənazə təyyarə ilə Azərbaycana göndəriləcək.

Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edib. 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb. Ölənlər arasında Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail vətəndaşları var.


Müəllif:

Oxşar xəbərlər