4 Yanvar 2017 13:14
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İrandakı keçmiş səfiri, filologiya elmlər doktoru, professor Əliyar Səfərli vəfat edib.

"Report" xəbər verir ki, o, 80 yaşında ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Səfərli 1937-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Anabad kəndində anadan olub. O, 1994-1998-ci illərdə Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri işləyib.

Ə.Səfərli Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü idi.

Allah rəhmət eləsin!


Müəllif:

Oxşar xəbərlər