6 Yanvar 2017 12:05
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2016-ci il evdə doğuşla bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 68 müraciət daxil olub".

Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Stansiyanın baş həkimin müavini İradə Əliyeva deyib.

O bildirib ki, 2015-ci ildə evdə doğuşlarla bağlı 100 çağırış olub: “Təcili yardım briqadası tərəfindən həm ana, həm də uşaq xəstəxanaya yerləşdirilib. Təcili yardıma əsasən doğuş bitdikdən sonra müraciət edilir. Bunlar hamısı həm ana, həm də uşağın həyatını riskə atır. Zahı və hamilə qadınlara göstərilən tibbi yardım zamanı qadın məsləhətxanalarına məlumat verilib”.

İradə Əliyeva bildirib ki, təcili yardımda lazımi doğuş paketi var, həkimlərin hər biri doğuşu həyata keçirə bilir: "Həkim doğuşu tutub qəbul etdikdən sonra ana, uşaq və cift mütləq xəstəxanaya çatdırır".

Baş həkim müavini qeyd edib ki, təcili yardıma daha çox qəfləti xəstəliklər, o cümlədən miokard infarktı, ürək-damar xəstəlikləri, insultla bağlı daha çox müraciət gəlir: "Uşaqlar arasında isə hərarət və qıcolmaya görə müraciətlər olur".

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Murad Mirzəzadə bildirib ki, müraciətlər zamanı təcili və təxrisalınmaz çağırışlar çeşidlənir. “Birinci növbədə təcili, ikinci növbədə təxirəsalınmaz çağışrlar yerinə yetirilir. Əsas çağırışlar təcili yardıma aid çağırışlardır, bunlar beyin, ürək, damar xəstəlikləri, avtoqəzalar və sairdir.

Təcili yardımın gecikmələrində ünvanların düz deyilməməsi də rol oynayır. Bununla bağlı 2016-ci ildə Səhiyyə Nazirliyinə təkliflər vermişik. Proqram təminatı ilə artıq biz zəng gələn ünvanı müəyyən edə biləcəyik və müraciət edilən ünvana daha tez çatacağıq”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər