6 Yanvar 2017 13:27
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bəzən əhali tərəfindən həkimlərə, orta tibb işçilərinə təzyiq edilir".

Teleqraf.com xəbər verir ki, bunu Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin operativ və hospital işləri üzrə müavini Murad Mirzəzadə deyib.

Onun sözlərinə görə, təcili yardım maşınlarının salonunda kameralar quraşdırılacaq: "Onlar vasitəsilə həkimin xəstəyə necə yardım göstərməsi, həkimə qarşı hansı təzyiqlərin edilməsi və digər halları qeydə alacaq. Xəstənin yaxınlarından birinə təcili yardım maşınına minməyə icazə verilir. Əgər narazı hallar olarsa, kamera görüntülərinə baxılacaq və bu hallar araşdırılacaq".

Murad Mirzəzadə qeyd edib ki, bəzən evə gələn həkimlərə təzyiqlər olur: "Təcili tibbi yardım maşını dövlətin mülkiyyəti olduğundan orada kameraların quraşdırılması mümkündür. Amma hansısa evdə kamera çəkilişlərinin aparılması mümkün deyil”.

İlhamə


Müəllif:

Oxşar xəbərlər