Quba rayonunda yaşayan 10 yaşlı Nuray Bayramzadənin qəyyumu Mehriban Eldarova Binəqədi Rayon Məhkəməsinə müraciət edib.
Teleqraf.com-un məlumatına görə, bu barədə vəkil Tağı Hüseynov sosial şəbəkədə yazıb.
Vəkil bildirib ki, məhkəmədə Nurayın bioloji atası Əvəz Bayramovun atalıq hüququndan məhrum edilməsi ilə bağlı iddia qaldırılıb.
Əvəz Bayramovun Bakıda yaşadığı, xəstəxanaların birində anestezioloq işlədiyi bildirilir.
Qeyd edək ki, bu günlərdə sosial şəbəkələrdə yayılan videoda 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı uşağa qarşı məhkəmə icraçıları tərəfindən yol verilən kobudluq əksini tapıb.
İlhamə ƏBÜLFƏT