9 Yanvar 2017 13:35
1 500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və övladları silaha sarılıb.

Teleqraf.com xəbər verir ki, partiya sədri Feysbuk social şəbəkəsində hərbi paltarda və əlində ov tüfəngi olan fotosunu yayıb. Fotoda partiya sədrinin daha dörd oğlu da silahlanıb.

Nemət Pənahlı bununla bağlı bildirib ki, övladları ilə birlikdə ova gedib və foto da ov zamanı çəkilib: “Qobustan türməsində olarkən, oğlanlarıma söz verdim ki, türmədən çıxandan sonra imkan tapan kimi sizi ova aparacağam. Uzun müddətdir ki, nə qədər çalışsam imkan edib verdiyim sözü gerçəkləşdirə bilmirdim. Nəhayət, ovçu dostum Bünyadın yardım və bələdçiliyi ilə uşaqları ova apara bildim. Orxanla Əhədi bundan öncə bir neçə dəfə ova aparmışdım. Ancaq Ərtoğrul ilə Oğuzxanı ilk dəfə idi ki, ova aparırdım. Dünən ilk dəfə Ərtoğrula Oğuzxan da tüfənglə ünsiyyətdə olaraq ilk atəşlərini açdılar. Bütün dostlara və xalqımıza tövsiyə edirəm ki, övladlarına mütləq və mütləq ov etməyi öyrətsinlər. Çünki bütün canlı həyat oçuluqla ayaqda qala bilir. Hər bir canlı həm ovçudu, həm də ovdur. Yaponların müdrik bir kəlamını diqqətinizə çatdırıram: deyirlər ki, sevdiklərinizə balıq tutub verməyin, onlara balıq tutmağı öyrədin”.

Cavad


Müəllif:

Oxşar xəbərlər