Elektrik enerjisinin bahalaşması qənaəti zəruriləşdirib.
Fins.az 1 kilovatt saat elektrik enerjisi ilə evdə hansı işləri görməyin mümkünlüyünü aydınlaşdırıb.
EVDƏ:
Bir maşın paltar yumaq (söhbət paltar yuyan maşından gedir); 15 köynək ütüləmək olar; 60 vatlıq lampa 17 saat yana bilər; orta səviyyəli tozsovuran 60 dəqiqə işləyə bilər (1000 W ); qənaətli lampaları 90 saat yandırmaq olar (11 vatt).
MƏTBƏXDƏ:
İki gün 300-litrlik soyuducu işləyə bilər; bir tort bişirmək olar; elektrik sobasında dörd nəfərlik yemək bişirmək olar; 70 fincan qəhvə hazırlamaq mümkündür; 133 dilim çörək qızartmaq olar (tosterdə); 60 dəqiqə saç qurutmaq, yeddi saat televiziyaya baxmaq olar.
Eyni zamanda 2500 kişi 1 kilovat saat elektrik enerjisi ilə üzünü qırxa bilər. Bu böyük bir kənd əhalisinin bütün kişiləri deməkdir.
Bu məbləğlər istifadə olunan cihazlardan asılı olaraq az fərqli ola bilər.