10 Yanvar 2017 21:10
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarif (qiymət) Şurası bəzi KİV-də yayılan məlumatlarla əlaqədar olaraq bildirir ki, təbii qaz üzrə yeni tariflərin qüvvəyə minmə tarixindən əvvəlki dövr üzrə yaranan borclarla bağlı hesablaşmalar həmin dövrdə qüvvədə olan tariflərlə həyata keçirilməlidir.

Bu barədə Teleqraf.com-a Tarif (qiymət) Şurasının Katibliyindən məlumat verilib.

Yeni tariflərlə hesablaşmalar qeyri-əhali istehlakçı qrupu üzrə 1 dekabr 2016-cı il tarixindən, əhali istehlakçı qrupu üzrə isə 1 yanvar 2017-ci il tarixindən etibarən istehlak olunan təbii qaza şamil edilir.


Müəllif:

Oxşar xəbərlər