11 Yanvar 2017 12:01
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2016-cı ildə Mərkəzi Qan Bankı üzrə 44 min 393 nəfər qan verərək donorluq edib”.

Teleqraf.com zəbər verir ki, bunu Mərkəzi Qan Bankının müavini Namirə Abbasova bu gün B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda keçirilmiş hesabat xarakterli tədbirdə deyib.

Namirə Abbasova qeyd edib ki, toplanmış qandan 17 min 952 vahid eritrosit kütləsi və 639 vahid təzə dondurulmuş plazma (TDP) Talassemiya Mərkəzinə, 7 min 324 vahid eritrosit kütləsi və 4 min 62 vahid TDP isə Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alan xəstələrə verilib: “2010-cu ildə respublika üzrə 46 min 530 nəfər donorluq edərək qan veribsə, 2015-ci ildə bu rəqəm 61,6% artaraq 75 min 184 nəfər olub, bu rəqəmin də təxminən 54,5%-i bankın donorlarının payına düşür. Yəni, 40 min 972 nəfər donor Mərkəzi Qan Bankına qan verib”.

Direktor müavini bildirib ki, ötən il respublika üzrə 11 ay ərzində 76 min 692 nəfər donorluq edib: "Donor sayının artması ilə bağlı tədarük olunan qan və qan komponentlərinin də miqdarı artıb və daha çox xəstəyə yardım edilib.

Respublika üzrə 2010-cu ildə 21 ton 131 lit tədarük edilmişdisə, 2015-ci ildə bu rəqəm 73,2% artaraq 36 ton 598 litrə kimi yüksəlib”.

Naminə Abbasova qeyd edib ki, ölkə əhalisinin sağlamlığının və xəstəliklərinin regional xüsusiyyətləri - monitorinq, epidemiologiya, müalicə və profilaktika üsullarının təkmilləşdirilməsi istiqamətində 2 problem üzrə elmi-tədqiqat işləri aparılıb: “Bunlara Azərbaycanda hemoblastozlar və hemoqlobinopatiyalar (epidemiologiya, diaqnostika, müalicə və profilaktikası) və Azərbaycanda əhaliyə göstərilən transfuzioloji xidmətin təkmilləşdirilməsi daxildir”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər