12 Yanvar 2017 18:26
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq KVN İttifaqının prezidenti Aleksandr Maslyakov Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan qondarma rejimin nəzarətindəki Xankəndi şəhərini təmsil edən “Duz-çörəklə” (“С хлебом и солью”) KVN komandasını Soçidə keçiriləcək “KVN-2017” beynəlxalq festivala dəvət edib.

“Gündəlik Teleqraf” Media Qrupu Beynəlxalq KVN İttifaqına və onun sədri A.Maslyakova etiraz bəyanatı ünvanlayıb.

Bəyanatda bildirilir:

“Azərbaycan torpaqlarında yaradılan qondarma rejimin adından çıxış edən “С хлебом и солью” komandasının Soçidə keçiriləcək “KVN-2017” beynəlxalq festivala dəvət olunması beynəlxalq hüquq normalarına zidd addımdır. Bildiyiniz kimi, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır və bu bölgə, həmçinin, ona bitişik olan 7 rayon Ermənistan tərəfindən işğal olunub. Bu işğal faktı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ilə tanınıb. Həmçinin, ATƏT başda olmaqla, beynəlxalq ictimaiyyət yekdilliklə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Azərbaycanın ərazi bütövlüyünü tanıyan dövlətlərdən biri də ittifaqın üzvü olan Rusiyadır. Rusiya bu gün ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq, münaqişənin həlli prosesində aktiv şəkildə iştirak edir.

Soçidə keçiriləcək “KVN-2017” adlı 28-ci Beynəlxalq KVN Festivalına qondarma “DQR”-in təmsilçisi olan “С хлебом и солью” komandasının dəvəti qəbuledilməzdir. Azərbaycan ictimaiyyəti bundan ciddi şəkildə narahat olub. KVN klubu yaranandan indiyə qədər Azərbaycan tamaşaçısı keçirilən yarışların sadiq tamaşaçısıdır. Azərbaycanı təmsil edən “Bakılı oğlanlar” komandası bu yarışların dəfələrlə qalibi olub.

“Gündəlik Teleqraf” Media Qrupu olaraq Beynəlxalq KVN İttifaqını və onun rəhbəri Aleksandr Maslyakovu Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa, beynəlxalq hüquqa zidd addım atmamağa, erməni təxribatına alət olmamağa və “С хлебом и солью” komandasını festivaldan dərhal kənarlaşdırmağa çağırırıq”.

Hər kəsi bu bəyanata qoşulmağa dəvət edirik.

Etirazlarınızı şəxsən Maslyakovun özünə də ünvanlaya bilərsiniz: [email protected]
Həmçinin yazını paylaşarkən bu haştaqlardan istifadə etməniz xahiş olunur:
#юмор #квн #сочи2017 #кивин2017 #квн2017 #kvnofficial


Müəllif:

Oxşar xəbərlər