Gəncə şəhərində “Sosial qanunvericiliyin izahatı və məlumatlandırma” mövzusunda keçirilib.
Teleqraf.com xəbər verir ki, təlimdə Gəncə şəhəri icra hakimiyyətinin, Nizami və Kəpəz rayon bələdiyyələrinin, DSMF-nin nümayəndələri, Ombudsman Aparatı Gəncə regional mərkəzinin nümayəndəsi və eyni zamanda maraqlı tərəf olan sakinlər iştirak edib.
Layihənin regional əlaqələndiricisi Aynur Əliyeva layihənin məqsədi barədə məlumat verib.
Daha sonar Ombudsman Aparatı Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov "Qanuvericiliyin izahı və məlumatlandırma" mövzusunda məlumat verib.
Təlimdə ünvanlı sosial yardım ilə bağlı müzakirələr edilib.
VEMTAS sisteminə sənədin yüklənməsi ilıə bağlı Əhmədova Flora Aydın qızının sənədinin üzərində, həmin sənədə imtina verilməsinin səbəbləri müzakirə olundu.
Qeyd edək ki, layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı tərəfindən idarə edilir. İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) sözügedən layihənin icraçısıdır.