15 Yanvar 2017 11:59
1 436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda yeni musiqi aləti hazırlanıb. Mingəçevirli musiqiçi Qurban Məmmədovun bu ixtirası görənləri heyran edir.

Teleqraf.com Azərtac-a istinadən xəbər verir ki, 40 ildən çoxdur qarmon müəllimi işləyən Qurban Məmmədov maraqlı yeniliyə imza atıb. Mingəçevir Uşaq Yaradıcılıq Mərkəzinin müəllimi olan Qurban Məmmədov uşaqlara rəqs dərsləri də keçir. Deyir ki, əvvəllər yaxşı səsi olub, sonradan meylini qarmona salıb.

Qurban müəllimin sözlərinə görə, yeni musiqi aləti yaratmaq barədə iki il düşünüb və onu üç aya yığıb. Adi qarmonlarda səslərin sayı məhduddur. Yeni qarmonun qeyri-adi özəlliyi və üstünlüyü ondadır ki, müxtəlif alətlərə məxsus 500-dən çox orijinal səsi var. O, toy mərasimində istifadə edilən bütün musiqi alətlərini özündə birləşdirir.

“Bu qarmonla nişan mərasimində, ad günündə, digər yığcam şənliklərdə musiqi havaları ifa etmək mümkündür. Çoxları onu necə yığdığımı öyrənmək istəyir. Amma buna hər kəsin səbri çatmaz. Hazırladığım alətin üzərində hər gün azı 5-6 saat işləmişəm. Bu, çox mürəkkəb işdir, elə bir sirri var ki, inanmıram, ikincisini kimsə düzəldə bilsin", - deyə Qurban Məmmədov bildirib.


Müəllif:

Oxşar xəbərlər