Ötən il Azərbaycan Dillər Universitetinin (ADU) 5 dekanı vəzifəsindən azad olunub.
ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfaqət Kazımovanın Teleqraf.com-a verdiyi məlumata görə, Pedaqoji (ingilis dili və alman dili üzrə) fakültənin dekanı Vəfa Babayeva, Pedaqoji (ingilis dili və fransız dili üzrə) fakültənin dekanı Fikrət Cahangirov, Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, Filologiya və jurnalistika fakültəsinin dekanı Sevda Vahabova və Tərcümə fakültəsinin dekanı Vilayət Hacıyev tutduqları vəzifədən azad olunublar.
Dekan vəzifələrini tutmaq üçün müsabiqə elan edilib.
Qeyd edək ki, vəzifədən azad olunanlardan biri - Vilayət Hacıyev almancadan Azərbaycan dilinə və əksinə bədii tərcümə fəaliyyəti ilə 70-ci illərin əvvəllərindən məşğuldur. Azərbaycan oxucuları V. Borxes, Z. Lents, Henrix Böll, Stefan Sveyq, Frans Kafka və başqa görkəmli alman və Avstriya yazıçılarının yaradıcılığından nümunələrlə onun tərcüməsində tanış olublar.
İlhamə ƏBÜLFƏT