“Bakıda daha bir marşrut xəttinin hərəkət istiqaməti dəyşdirilib”.
Bu barədə Teleqraf.com-a Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev deyib.
Onun sözlərinə görə, “Azərsu” ASC-nin Səbail rayonu Tofiq Məmmədov küçəsi ilə Neftçilər küçəsinin kəsişməsindən başlayacaq və Yeni yaşayış sahəsinədək davam edəcək təmir işləri ilə əlaqədar, 31 nömrəli marşrut xətti üzrə sərnişin avtobuslarının hərəkət trayektoriyasında dəyişiklik edilib.
Təmir işləri ilə əlaqədar, 23.01.2017-ci il tarixindən 31 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusların son dayanacaq nöqtəsi Səbail rayonu Tofiq Məmmədov küçəsi ilə Neftçilər küçəsinin kəsişməsi müəyyən edilib.
Təmir işləri davam etdiyi müddətdə Tofiq Məmmədov küçəsindən Yeni Yaşayış sahəsinədək olan ərazidə yaşayan əhalinin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq və rahatlığını təmin etmək üçün BNA-nın təşəbbüsü ilə 31 nömrəli marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən daşıyıcı şirkət tərəfindən xüsusi nəqliyyat vasitələri ayrılıb. Qeyd edilən məsafədə 31 nömrəli marşrut xətti üzrə istifadədə olan avtobusların hərəkəti mümkünsüz olduğundan, sərnişinlərin xüsusi nəqliyyat vasitəsilə Tofiq Məmmədov küçəsindən Yeni Yaşayış sahəsinə, eləcə də əks istiqamətdə ödənişsiz daşınması təmin ediləcək.
İlhamə ƏBÜLFƏT