18 Yanvar 2017 12:07
2 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan prezidenti Serj Sarkisyanın milliyətcə yezidi kürd olan qanuni oğru "Ded Xasan" ləqəbli Aslan Usoyanla ziyafətdə çəkilmiş videosu yayılıb.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, Sarkisyan və "Ded Xasan" 1993-cü ildə mayın 28-də Respublika bayramı münasibətilə təşkil olunan ziyafətdə iştirak ediblər.

Qeyd edək ki, Aslan Rəşidoviç Usoyan 27 fevral 1937-ci ildə Gürcüstanın paytaxtı Tiflisdə anadan olub. O, Rusiyanın ən böyük mafioz klanlarından birinin lideri kimi tanınırdı. Kriminal avtoritet "Ded Xasan"ın ölümü ilə bağlı ortaya atılan ilkin versiya sifarişli qətl versiyasıdır. Rusiya və Türkiyə KİV-lərində "Ded"in öldürülməsi haqda xəbərlər yayılarkən onun PKK kürd terror təşkilatı ilə əlaqələrinin olduğu da bildirilirdi. Hətta türk media orqanlarından bəziləri "Ded Xasan" PKK-nın hamisi idi" kimi manşet xəbərləri də dərc ediblər. Məşhur kriminal avtoritetin ölümündə azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin əlinin olduğu da deyilirdi.


Müəllif:

Oxşar xəbərlər